Ana Sayfa > Seçilənlər-4 > Müdafiə nazirinin müavini işdən çıxarıldı - Sarkisyandan yeni təyinat

Müdafiə nazirinin müavini işdən çıxarıldı - Sarkisyandan yeni təyinat


6-02-2017, 13:18. Yazar: Sevinc
Müdafiə nazirinin müavini işdən çıxarıldı - Sarkisyandan yeni təyinat






Ermənistanda ötən ilin dekabr ayından boş qalan fövqəladə hallar naziri postuna yeni rəhbər təyin edilib.

"AİA.AZ" xəbər verir ki, AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, FHN naziri vəzifəsi ölkənin müdafiə nazirinin birinci müavini David Tonoyana həvalə olunub. Ermənistan prezidenti Serj Sarkisyan bununla bağlı müvafiq sərəncam imzalayıb.

Qeyd edək ki David Tonoyan 2010-cu ildən Ermənistan müdafiə nazirinin birinci müavini vəzifəsində işləyib.

Xatırladaq ki, ötən ilin dekabrın 13-də Ermənistanın fövqəladə hallar naziri Armen Eritsyan 55 yaşında dünyasını dəyişib. Erməni nazir onkoloji xəstəlikdən əziyyət çəkirmiş.
Geri dön