Ana Sayfa > Seçilənlər-2 / Manşet > Ağsu aşırımında torpaq sürüşməsi, yol bağlandı - FOTO
Ağsu aşırımında torpaq sürüşməsi, yol bağlandı - FOTO6-02-2017, 13:16. Yazar: Sevinc |
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu dolaylarından keçən hissəsinin 149-cu km-də torpaq sürüşməsi aktivləşib. "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, sürüşmə sahəsi 40 metrədək ərazini əhatə edir və sözügedən hissədə yol 40-50 sm çöküb. A.Nəcəfli qeyd edib ki, sürüşmə qeydə alınan hissənin bərpası üçün əraziyə “Azəravtoyol” ASC-nin texnikası və canlı qüvvəsi cəlb olunub. "Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə həmin hissədə hərəkət məhdudlaşdırılaraq, ərazidəki alternativ yola yönəldilib". Geri dön |