Ana Sayfa > Dünya > "ABŞ İranla bağlı qərarını tezliklə verəcək" -

"ABŞ İranla bağlı qərarını tezliklə verəcək" -


14-04-2025, 09:49. Yazar: sevinc1
"ABŞ İranla bağlı qərarını tezliklə verəcək" -

"ABŞ tezliklə İranla bağlı qərar qəbul etməyi planlaşdırır".

aia.az xəbər verir ki, bunu Amerika lideri Donald Tramp jurnalistlərə açıqlamasında deyib.

"İranla bağlı qərarımızı tezliklə verəcəyik", - Tramp bildirib.

Bundan əvvəl "Axios" portalı Vaşinqton və Tehran arasında danışıqların ikinci raundunun aprelin 19-da Romada keçirilə biləcəyini yazıb.

Xatırladaq ki, aprelin 12-də Maskatda ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffla İranın xarici işlər naziri Abbas Əraqçi arasında görüş keçirilib. Ağ Ev danışıqların konstruktiv keçdiyini bildirib.

aia.az
Geri dön