Ana Sayfa > Özəl > Gürcüstan parlamentinin sədri: Böyük Britaniyanın sanksiyaları və Kezeraşvilinin sığınacağı suallar doğurur

Gürcüstan parlamentinin sədri: Böyük Britaniyanın sanksiyaları və Kezeraşvilinin sığınacağı suallar doğurur


11-04-2025, 20:04. Yazar: sevinc1
Gürcüstan parlamentinin sədri: Böyük Britaniyanın sanksiyaları və Kezeraşvilinin sığınacağı suallar doğurur

Britaniya dünən insan haqlarını pozduğuna görə daha 4 gürcü məmura sanksiya tətbiq edib
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili sosial şəbəkədəki səhifəsində yazıb ki, Böyük Britaniyanın gürcü məmurlarına qarşı sanksiyalar tətbiq etməsi qiyabi məhkum olunmuş və ölkədə sabitliyi pozmaq üçün “qara pul”lardan istifadə edən Gürcüstanın keçmiş müdafiə naziri Davila Kezeraşvilini gizlətmələri kontekstində suallar yaradır. Britaniya insan haqlarını pozduğuna görə daha dörd gürcü məmuruna – etirazçılara, jurnalistlərə və müxalifət liderlərinə sanksiya tətbiq edib. Sanksiyalara daxili işlər nazirinin müavini Şalva Bedoidze, Xüsusi Təyinatlı Qüvvələrin rəis müavini Mirza Kezevadze, Xüsusi İstintaq Xidmətinin rəhbəri Koka Katsitadze və baş prokuror Giorgi Qabitaşvili daxildir.

“Sanksiyalara gəlincə, Böyük Britaniya hələ də korrupsiya sövdələşmələri ilə Gürcüstan ordusunu, sonra isə avropalı təqaüdçüləri qarət edən beynəlxalq cinayətkar David Kezeraşviliyə sığınacaq verir”, - Papuaşvili yazıb.

aia.az
Tərcümə şöbəsi

Geri dön