Ana Sayfa > Özəl > Florida ştatında yüngül mühərrikli təyyarə qəzaya uğrayıb

Florida ştatında yüngül mühərrikli təyyarə qəzaya uğrayıb


11-04-2025, 20:00. Yazar: sevinc1
Florida ştatında yüngül mühərrikli təyyarə qəzaya uğrayıb
Florida ştatının Boka Raton şəhərində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb. Bu barədə ABC məlumat yayıb.

Flightradar24-ün məlumatına görə, yüngül iki mühərrikli Cessna 310 təyyarəsi qəzadan bir az əvvəl 20 dəqiqə havada olub. Hadisənin səbəbi məlum deyil.
Telekanalın yayımladığı kadrlarda təyyarənin qalıqlarının dəmir yolu relsləri və onların yanındakı yolun üzərində uzandığı görünür. Qəza yerində yanğın baş verib, lakin artıq söndürülüb.

Hadisənin başqa təfərrüatları açıqlanmayıb.



aia.az
Tərcümə şöbəsi
Geri dön