Ana Sayfa > Özəl > Almaniya və İngiltərə Rusiyaya xəbərdarlıq göndərib
Almaniya və İngiltərə Rusiyaya xəbərdarlıq göndərib11-04-2025, 19:28. Yazar: sevinc1 |
![]() Almaniya və Britaniya Rusiyaya xəbərdarlıq göndərib ki, Vaşinqtonun Moskva ilə danışıqlarına baxmayaraq, Qərb Ukraynanı dəstəkləməyə davam edəcək. Bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius və onun britaniyalı həmkarı Con Hiliyə istinadən Reuters agentliyi məlumat yayıb. “Rusiya başa düşməlidir ki, Ukrayna mübarizəni davam etdirməyə qadirdir və biz onu dəstəkləyəcəyik... Ukrayna bizə arxalana bilər”, - Pistorius bildirib.Bundan əvvəl Böyük Britaniyanın müdafiə naziri bildirmişdi ki, Almaniya mümkün sülhdən danışsa da, Ukraynaya daha bir böyük partiya silah tədarük etməyi planlaşdırır. Məlumata görə, bu il daha dörd IRIS-T sistemi, 300 idarə olunan raket və 100 yerüstü müşahidə radar stansiyası gətiriləcək. Bundan əlavə, daha 100 000 artilleriya mərmi, 300 kəşfiyyat təyyarəsi, 25 Marder piyada döyüş maşını, 15 Leopard 1A5 əsas döyüş tankı, 120 yerüstü zenit-raket kompleksi və 14 artilleriya sistemi var.Ukraynaya 350 milyon funt-sterlinq (təxminən 458 milyon ABŞ dolları) dəyərində yeni hərbi yardım paketini Böyük Britaniyanın müdafiə naziri Con Healey də açıqlayıb. Paketə radar sistemləri, tank əleyhinə minalar və bir neçə yüz min pilotsuz təyyarə daxildir. aia.az Tərcümə şöbəsi Geri dön |