Ana Sayfa > Özəl > Malatyada vəhşilik! 8 aylıq hamilə arvadını silahla başından vuraraq öldürüb
Malatyada vəhşilik! 8 aylıq hamilə arvadını silahla başından vuraraq öldürüb11-04-2025, 19:19. Yazar: sevinc1 |
![]() Malatyanın Hekimhan rayonunda 25 yaşlı Alican Kızılay 22 yaşlı 8 aylıq hamilə həyat yoldaşı Beste Kızılayı silahla başından vuraraq öldürüb. Alican Kızılay saxlanılıb. Hadisə ötən gecə Bahçelievler rayonunda baş verib. Alican Kızılay ilə 8 aylıq hamilə həyat yoldaşı Beste Kızılay arasında naməlum səbəbdən mübahisə düşüb. Mübahisə davaya çevrildikdən sonra Alican Kızılay evdə olan silahla həyat yoldaşı Beste Kızılayın başına atəş açıb. QATİL GÖZ ALTINA ALINDI Yerli əhalinin silah səsləri eşitdiyini bildirməsi ilə sağlamlıq və jandarma qrupları ünvana göndərilib. Həkimlər qrupunun müayinəsindən sonra Beste Kızılayın həyatını itirdiyi müəyyən edilib. Kızılayın cəsədi yarılma üçün Ədliyyə Tibb Təşkilatı meyitxanasına aparılıb. Alican Kızılay saxlanılarkən, hadisə ilə bağlı istintaq davam edir. aia.az Tərcüsmə şöbəsi Geri dön |