Ana Sayfa > Dünya > Britaniya Ukraynaya 4,5 milyard hərbi yardım ayıracaq

Britaniya Ukraynaya 4,5 milyard hərbi yardım ayıracaq


11-04-2025, 18:02. Yazar: sevinc1
Britaniya Ukraynaya 4,5 milyard hərbi yardım ayıracaq

Böyük Britaniya 2025-ci ildə Ukraynaya 4,5 milyard funt sterlinq (5,8 milyard dollar) məbləğində hərbi yardım verməyi planlaşdırır.

aia.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Britaniyanın müdafiə naziri Con Hili Brüsseldə NATO-nun qərargahında Ukrayna Müdafiəsi üzrə Əlaqə Qrupunun 27-ci iclasından sonra keçirilən mətbuat konfransında bildirib.

"Biz bu il Ukraynaya hərbi dəstək üçün 4,5 milyard funt sterlinq ayıracağıq - bu, indiyə qədər olan ən yüksək səviyyədir", - o qeyd edib.

Həmçinin C.Hili qeyd edib ki, Ukraynanın müttəfiqləri 2025-ci ildə Ukraynaya 21 milyard avro (23,8 milyard dollar) məbləğində hərbi yardım göstərmək öhdəliyi götürüblər.

aia.az
Geri dön