Ana Sayfa > Özəl > Vəhşiliyin ünvanı: İstanbul: Yolda meyiti tapılan qadının öldürüldüyü məlum oldu-SƏBƏB

Vəhşiliyin ünvanı: İstanbul: Yolda meyiti tapılan qadının öldürüldüyü məlum oldu-SƏBƏB


11-04-2025, 16:07. Yazar: sevinc1
Vəhşiliyin ünvanı: İstanbul: Yolda meyiti tapılan qadının  öldürüldüyü məlum oldu-SƏBƏB

Təxminən 10 ay əvvəl Esenyurtda meşəlik ərazidə cəsədi tapılan və ölümü şübhəli olaraq qeydə alınan Nurcan Karabulutun (36) təcavüzə məruz qalaraq öldürüldüyü müəyyən edilib. Polis Nurcan Karabulutun sevgilisi və keçmiş sevgilisi də daxil olmaqla 3 nəfəri saxlayıb. İttihamları qəbul etməyən şübhəlilər ədliyyəyə sövq edildi.

25 iyun 2024-cü il tarixində Esenyurtun Ardıçlı Məhəlləsində Tem şossesini keçmək üçün istifadə edilən cığırla gedən vətəndaşlar yerdə uzanmış qadını görüb polisə xəbər veriblər. Hadisə yerinə gələn polis qrupları qadının üzüstə uzandığını və öldüyünü müəyyən edib. Yaxınlıqdan mərhum qadının çantası, pulqabı, şəxsi əşyaları və çantada olan ehtiyat paltarları aşkar edilib. İlkin müayinədə qadının burnundan yüngül qanaxma olduğu müəyyən edilib və hadisə şübhəli ölüm kimi qeydə alınıb.
Ədli Tibb Qurumunda meyitin müayinəsində Nurcan Karabulutun zorlanaraq boynuna basılaraq boğularaq öldürüldüyü müəyyən edilib. Bu hadisədən sonra Qətl Bürosu araşdırmaya başlayıb. Polis qrupları apardıqları araşdırmada Nurcan Karabulutun cinayət yerində tanış olduğu sevgilisi M.G. (41) və keçmiş sevgilisi H.T. (39) və M.G.-nin böyük qardaşı R.G. (44) saxlanılıb.

Qətl Bürosunda dindirilən şübhəlilərin hadisə ilə bağlı ittihamları qəbul etmədikləri bildirilib. Polis bölməsində əməliyyatları tamamlanan şübhəlilər ədliyyəyə sövq edilib.

aia.az
Tərcümə şöbəsi
Geri dön