Ana Sayfa > Parlament > Türkiyənin Azərbaycandakı səfiri cənab Birol Akgün və xanımı Zühre Akgün tərəfindən təşkil olunmuş görüşdə deputat həmkarlarımla birlikdə iştirak etdik
Türkiyənin Azərbaycandakı səfiri cənab Birol Akgün və xanımı Zühre Akgün tərəfindən təşkil olunmuş görüşdə deputat həmkarlarımla birlikdə iştirak etdik11-04-2025, 14:29. Yazar: sevinc1 |
![]() Görüşün əsas məqsədi, Azərbaycan ilə Türkiyə arasında olan dostluq və qardaşlıq münasibətlərinin zamanla nə qədər güclənməsi oldu. Bildirildi ki, hazırda əlaqələrimiz özünün ən yüksək zirvəsindədir. Prezident cənab İlham Əliyev ilə Prezident cənab Rəcəb Tayyib Ərdoğan arasındakı dostluq, strateji əməkdaşlıq və qarşılıqlı dəstək, iki ölkə arasında bir çox sahələrdə inkişafı mümkün etmişdir. Eyni zamanda, birinci vitse-prezident Mehriban Əliyeva və Türkiyənin birinci xanımı Əminə Ərdoğan arasında olan yaxın dostluq, bu əlaqələrin daha da möhkəmlənməsində mühim rol oynayır. Səmimi keçən görüş zamanı bir çox aktual məsələlər müzakirə edildi. İki ölkə arasında gələcək planlarımız barədə fikir mübadiləsi aparıldı. Bu cür görüşlərin davamlılığının önəmi vurğulandı, çünki bu, xalqlarımız arasında bağları daha da möhkəmləndirəcək. Dəvətə görə Türkiyənin Azərbaycandakı səfiri cənab Birol Akgün və xanımı Zühre Akgünə dərin minnətdarlığımı bildirirəm. Səfirliyin işinə uğurlar arzulayıram. Milli Məclisin Komitə sədri, professor Hicran Hüseynova Geri dön |