Ana Sayfa > Siyasət > Prezident İlham Əliyevin “Yeni dünya nizamına doğru” mövzusunda çıxışının geosiyasi və strateji təhlili

Prezident İlham Əliyevin “Yeni dünya nizamına doğru” mövzusunda çıxışının geosiyasi və strateji təhlili


11-04-2025, 10:36. Yazar: sevinc1
Prezident İlham Əliyevin “Yeni dünya nizamına doğru” mövzusunda çıxışının geosiyasi və strateji təhlili

2025-ci il aprelin 9-da ADA Universitetində keçirilən beynəlxalq forum çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Yeni dünya nizamına doğru” mövzusunda etdiyi çıxış müasir beynəlxalq münasibətlər sistemində baş verən köklü dəyişikliklərin dərin analizi kimi diqqət çəkdi. Tədbirdə yerli və beynəlxalq səviyyəli ekspertlər, diplomatlar və akademik ictimaiyyət nümayəndələri iştirak edirdi.
Prezidentin çıxışı qlobal güc balansının dəyişməsi, regional inteqrasiya proseslərinin sürətlənməsi və yeni təhlükəsizlik arxitekturasının formalaşması kontekstində Azərbaycanın milli maraqlarının necə qorunduğunu nümayiş etdirdi. İlham Əliyev Azərbaycanın suverenliyə əsaslanan xarici siyasət kursunun beynəlxalq müstəvidə ölkəmizi sabit və etibarlı tərəfdaş kimi tanıtdığını qeyd etdi. Bu xüsusda, Azərbaycanın enerji siyasəti, nəqliyyat dəhlizləri sahəsindəki təşəbbüsləri və COP29-a ev sahibliyi etməsi nümunə kimi təqdim olundu.
Akademik kontekstdə diqqətəlayiq məqamlardan biri də Prezidentin gənc nəslə yönəlik mesajları oldu. Təhsil, innovasiya və liderlik bacarıqlarının strateji əhəmiyyəti vurğulandı. Prezident ADA Universiteti kimi müasir ali təhsil ocaqlarının yeni liderlərin formalaşmasında oynadığı rolu yüksək qiymətləndirdi.
Çıxışın sonunda iştirakçıların ünvanladığı suallar əsasında enerji təhlükəsizliyi, geoiqtisadiyyat və ekoloji problemlər mövzularında irəli sürülən fikirlər, Prezidentin strateji düşüncə qabiliyyətini və regional proseslərə dair aydın baxışını bir daha nümayiş etdirdi.

Kənan Quliyev
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının məsləhətçisi
Geri dön