Ana Sayfa > Özəl > İranda Lalə Festivalı

İranda Lalə Festivalı


10-04-2025, 18:27. Yazar: sevinc1
İranda Lalə Festivalı

İranın Əlburuz əyalətində keçirilən Lalə festivalında 150 mindən çox lalə çiçəyi sərgilənib. İranın paytaxtı Tehranın 35 kilometrliyində yerləşən Əlburuz vilayətinin bir hissəsi olan Kərəcdə bu il 11-ci dəfə keçirilən festival Şəhid Çamran parkında “Gül bağı” adlanan ərazidə qonaqlarını qarşılayıb.
Hər növ lalələrin geniş çeşiddə sərgiləndiyi festivala bitkisevərlərin böyük maraq göstərdiyi vurğulanıb. Təxminən bir həftə davam edən və 150 ​​mindən çox lalə çiçəyinin nümayiş olunduğu festivalı müxtəlif şəhərlərdən minlərlə iranlı ziyarət etmək imkanı qazanıb.



aia.az
Tərcümə şöbəsi
Geri dön