Ana Sayfa > Özəl > Almaniya Merzin Almaniya kansleri seçiləcəyi tarixi açıqlayıb

Almaniya Merzin Almaniya kansleri seçiləcəyi tarixi açıqlayıb


10-04-2025, 18:08. Yazar: sevinc1
Almaniya Merzin Almaniya kansleri seçiləcəyi tarixi açıqlayıb

Xristian Demokrat İttifaqının (CDU) lideri Fridrix Mersin Almaniyanın kansleri seçilməsi böyük ehtimalla mayın 6-da baş tutacaq.Bu barədə Xristian Sosial Birliyinin (CSU) sədri, Bavariyanın baş naziri Markus Söder məlumat verib, TASS xəbər verir.
O qeyd edib ki, Merzin seçilməsindən əvvəl CDU/CSU bloku ilə Almaniya Sosial Demokrat Partiyası arasında koalisiya sazişi imzalanacaq. Mayın 5-nə planlaşdırılıb.

"Bu o deməkdir ki, Merzin növbəti federal kansler seçilməsi mayın 6-da baş tuta bilər", - Söder əlavə edib. Yeni kabinetin nümayəndələrinin adları yalnız kansler seçildikdən sonra açıqlanacaq.

aia.az
Tərcümə şöbəsi
Geri dön