Ana Sayfa > Ölkə > 4 gün komada qalan hamilə qadın sağlam körpə dünyaya gətirdi
4 gün komada qalan hamilə qadın sağlam körpə dünyaya gətirdi10-04-2025, 11:52. Yazar: sevinc1 |
![]() 4 gün komada qalan hamilə qadın Kliniki Tibbi Mərkəzdə (KTM) sağlam körpə dünyaya gətirib. Bu barədə aia.az-a KTM-dən məlumat verilib. Bildirilib ki, 11.10.2024-cü il tarixində 27 yaşlı hamilə qadın qıcolma sindromu ilə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Doğum-Reanimasiya şöbəsinə yerləşdirilib. Qeyd edilib ki, 4 gün həmin şöbədə komada qalan hamilə pasiyent uğurlu müalicə prosedurları nəticəsində həyata qaytarılıb. 07.04.2025-ci il tarixində və hamiləliyin 39-cu həftəsində pasiyentə qeysəriyyə kəsiyi əməliyyatı icra edilib: "Çəkisi 3990 qram, boyu 52 sm olan sağlam körpə (kişi cinsli) dünyaya gəlib. Zəruri müayinələrdən sonra ana və körpənin səhhəti yaxşı vəziyyətdə evə buraxılıb",- deyə məlumatda qeyd edilib. aia.az Geri dön |