Ana Sayfa > Ölkə / Parlament > Deputat Nizami Səfərov seçicilərlə görüşlərini davam etdirir
Deputat Nizami Səfərov seçicilərlə görüşlərini davam etdirir9-04-2025, 19:00. Yazar: sevinc1 |
![]() 9 aprel 2025-ci il tarixində Tovuz şəhərində Milli Məclisin Deputatı Nizami Səfərov növbəti vətəndaş qəbulu keçirib. Görüşdə şəhid ailələrinin üzvləri, rayon ziyalıları və digər vətəndaşların müraciətləri əsasən məşğulluq, torpaq, abadlıq-quruculuq, şəhid adının əbədiləşdirilməsi və digər məsələlər ilə bağlı olub. Müraciətlərin hər biri diqqətlə dinlənilib, nəzarətə götürülüb. Milli Məclisin Deputatı Nizami Səfərov qaldırılan məsələlər ilə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldırılacağı və məsələlərin həlli istiqaməti üzrə səy göstəriləcəyini seçicilərə bildirib. Foto: Nihad Yusif Geri dön |