Ana Sayfa > Qərbi Azərbaycan > Qarın piylərini əridən qidalar
Qarın piylərini əridən qidalar5-02-2017, 17:02. Yazar: admin |
Arıq olduğu halda qarnının düz görünməməsi hər bir xanımı narahat edir. Bunun üçün bir çox idman hərkətləri edir, artıq piyləri yandırmağa çalışırlar. Tək idman yox, qidalar da qarın hissəsini düzləşdirməyə kömək olur. Milli.Az axşam.az-a istinadən qarındakı artıq piyləri əridəcək qidaların siyahısını təqdim edir: Giləmeyvələr Tərkibində az şəkər var, həzm sistemini yaxşılaşdırır, qandakı şəkərin miqdarını tənzimləyir. Qarnını düz etmək istəyənlər üçün ən yaxşı vasitə giləmeyvə yeməkdir. İş prosesində və ya günün ikinci yarısında qəbul edilməlidir. Yumurta Kalorisi çox olsa da, qarın düzləşdirmək üçün əla qida vasitəsidir. Tərkibi amin turşularla zəngindir, bu da qarın piylərini parçalayır. Səhər yeməyində yumurtadan istifadə etmək sizi gün ərzində tox tutacaq. Çərəzlər Tərkibi yağla zəngindir, amma onları düzgün miqdarda qəbul etmək arıqlamağa kömək edəcək. Tərkibindəki zülal qandakı şəkərin miqdarını tənzimləyir. Eyni zamanda adamı tox saxlayır. Balıq Tərkibi vitaminlərlə zəngindir, immuniteti yüksəldir, insanı tox tutur. Eyni zamanda tərkibindəki omeqa 3 yağları parçalayır. Avokado Ən xeyirli qidalardan biridir. Tərkibi vitaminlərlə zəngindir. Gün ərzində 1/4 avokado yemək qarın hissəsindəki piyləri parçalamağa kömək edəcək. aia.az Geri dön |