Ana Sayfa > Özəl > Ədliyyə Nazirliyi İvan Urqantın xarici agent kimi tanınması üçün əsasların olub-olmadığını yoxlayır

Ədliyyə Nazirliyi İvan Urqantın xarici agent kimi tanınması üçün əsasların olub-olmadığını yoxlayır


9-04-2025, 16:51. Yazar: sevinc1
Ədliyyə Nazirliyi İvan Urqantın xarici agent kimi tanınması üçün əsasların olub-olmadığını yoxlayır

Rusiya Ədliyyə Nazirliyi teleaparıcı İvan Urqantın xarici agent kimi tanınması üçün əsasların olub-olmadığını yoxlayır.
Bu barədə TASS yazır.

"Yuxarıda adı çəkilən şəxsin fəaliyyətində xarici agentin əlamətlərinin müəyyən edilməsi üçün Rusiya Ədliyyə Nazirliyi nəzarət tədbirləri həyata keçirir", - Ədliyyə Nazirliyi bildirib.
Bundan əvvəl məlum olub ki, Dövlət Duması Urqantın xarici agent kimi tanınması imkanlarına baxmağı xahiş edib.


Dövlət Dumasının "Ədalətli Rusiya - Həqiqət naminə" partiyasından olan deputatı Nikolay Noviçkov RT ilə söhbətində niyə Ədliyyə Nazirliyindən teleaparıcının xarici agent kimi tanınması imkanını nəzərdən keçirməyi xahiş etdiyini izah edib.

aia.az
Tərcümə şöbəsi
Geri dön