Ana Sayfa > İdman > "Qarabağ"ın legioneri üçün mövsüm bitdi

"Qarabağ"ın legioneri üçün mövsüm bitdi


5-02-2017, 16:59. Yazar: admin
"Qarabağ"ın legioneri üçün mövsüm bitdi







Azərbaycan Premyer Liqasının 16-cı turunun AZAL - "Qarabağ" oyununda ciddi zədə alan Ağdam klubunun legioneri Dani Kintananın son durumu müəyyənləşib. Aia.Az goal.az-a istinadən xəbər verir ki, tibbi müayinədən keçən 30 yaşlı yarımmüdafiəçinin diz bağlarının qırıldığı dəqiqləşib. Gözlənildiyi kimi, bu səbəbdən ispan futbolçu ən azı 6 ay yaşıl meydanlardan uzaq qalacaq. Onun yaxın vaxtlarda əməliyyat olunacağı gözlənilir.

Beləliklə, Dani üçün Azərbaycan Premyer Liqasının 2016/17 mövsümü erkən başa çatıb. "Qarabağ" avrokuboklara vəsiqə qazanacağı halda, Dani ilkin mərhələnin bəzi oyunlarını da buraxacaq

aia.az
Geri dön