Ana Sayfa > Özəl > İran ABŞ-la danışıqlar üçün “xoşməramlı jest”i şərt adlandırıb

İran ABŞ-la danışıqlar üçün “xoşməramlı jest”i şərt adlandırıb


8-04-2025, 20:37. Yazar: sevinc1
İran ABŞ-la danışıqlar üçün “xoşməramlı jest”i şərt adlandırıb
İran ABŞ-la birbaşa danışıqlara icazə verir, lakin bunun müqabilində Ağ Evdən “xoşməramlı jest” görmək istəyir. Bu barədə RİA Novosti Reuters agentliyinə istinadən xəbər verir.
Anonim Yaxın Şərq diplomatının nəşrə verdiyi məlumata görə, İran danışıqlardan əvvəl ABŞ-dan konkret jestlər görmək istəyir. Bunlara sanksiyaların yumşaldılması və ya İranın bəzi aktivlərinin dondurulmasının açılması daxildir.“İranlılar bizə bildirdilər ki, birbaşa danışıqlar mümkündür, lakin xoşməramlılıq jesti olmalıdır: “Bəzi sanksiyaları qaldırın, ya da bəzi vəsaitləri dondurun”, - mənbə nəşrə bildirib.Qeyd olunur ki, indiki mərhələdə İran ABŞ-la dolayı danışıqlara “ehtiyatla” yanaşır, çünki ölkə hakimiyyətinin hər hansı müsbət nəticə əldə ediləcəyinə o qədər də inamı yoxdur. Üstəlik, Tehran da ABŞ-ın niyyətlərinə şübhə ilə yanaşır.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp Ağ Evlə İranın danışıqlar apardığını bildirmişdi.

aia.az
Tərcümə şöbəsi
Geri dön