Ana Sayfa > Ölkə / Karusel > Bakıda parkda 39 yaşlı qadın öldürüldü -
Bakıda parkda 39 yaşlı qadın öldürüldü -8-04-2025, 10:58. Yazar: sevinc1 |
![]() Bakıda qətl törədilib. aia.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, aprelin 7-si saat 19 radələrində Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Ə.Mehbalıyev küçəsində yerləşən Neftçilər parkında qadın bıçaqlanaraq qətlə yetirilib. Öldürülən qadının 1986-cı il təvəllüdlü Sevinc Tofiq qızı Məhərrəmova olduğu müəyyən edilib. Hadisəni törətməkdə şübhəli bilinən S.Məhərrəmovanın həyat yoldaşı 1980-ci il təvəllüdlü Natiq Zakir oğlu Məhərrəmov saxlanılıb. Onun qısqanclıq zəminində hadisəni törətdiyi bildirilir. Faktla bağlı Surxanı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. aia.az Geri dön |