Ana Sayfa > Özəl > Tramp: Bir sıra ölkələrlə rüsumlarla bağlı danışıqlar dərhal başlayacaq

Tramp: Bir sıra ölkələrlə rüsumlarla bağlı danışıqlar dərhal başlayacaq


Dünən, 20:34. Yazar: sevinc1

Tramp: Bir sıra ölkələrlə rüsumlarla bağlı danışıqlar dərhal başlayacaq
ABŞ-ın tariflərlə bağlı razılaşma əldə etmək arzusunu ifadə edən ölkələrlə danışıqları dərhal başlayacaq. "Report" RT-yə istinadən xəbər verir ki, bu barədə Amerika prezidenti Donald Tramp sosial şəbəkədə məlumat verib.Bundan əvvəl ABŞ prezidenti bildirib ki, dünya ölkələri Vaşinqtonla tariflər üzrə danışıqlar aparır. O qeyd edib ki, Yaponiya artıq ABŞ-a danışıqlar qrupu göndərir.

"Görüş tələb edən digər ölkələrlə danışıqlar dərhal aparılacaq", - Tramp yazıb.Xatırladaq ki, ötən həftə Amerika lideri 180-dən çox ölkə üçün 10-50% arasında dəyişən rüsumlar tətbiq edib. Onların bəziləri aprelin 5-də fəaliyyətə başlayıb, qalanları isə aprelin 9-dan qüvvəyə minəcək. Eyni zamanda, Tramp rüsumların ölçüsünü dəyişə biləcəyini etiraf edib.

aia.az
Tərcümə şöbəsi
Geri dön