Ana Sayfa > Özəl > Almaniyada gərgin vaxtlar: təhsil bir gün dayandırıldı
Almaniyada gərgin vaxtlar: təhsil bir gün dayandırıldıDünən, 14:18. Yazar: sevinc1 |
![]() Almaniyanın Duysburq şəhərindəki 15 ibtidai və orta məktəbdə məktəblərə göndərilən təhdid dolu elektron məktublar səbəbilə təhsilin bir gün müddətinə dayandırıldığı açıqlanıb. Açıqlamada təhlükə səbəbilə 15 ibtidai və orta məktəbdə təhsilin bir gün müddətinə dayandırıldığı və bu çərçivədə 18 min şagirdin məktəbə gedə bilmədiyi qeyd edilib. Göndərilən elektron məktublarda “təmizlik”dən bəhs edildiyi və bu sözün Milli Sosializm dövründə yəhudi, sinti, qaraçı və əlillərə edilən zülmü də ifadə etmək üçün istifadə edildiyi bildirilib. aia.az Tərcümə şöbəsi Geri dön |