Ana Sayfa > Karusel / Dünya > Suriya Prezidenti Türkiyəyə səfər edəcək

Suriya Prezidenti Türkiyəyə səfər edəcək


7-04-2025, 09:17. Yazar: sevinc1
Suriya Prezidenti Türkiyəyə səfər edəcək

Keçid dövründə Suriya Prezidenti Əhməd əş-Şəraa Türkiyəyə səfər edəcək.

Bu barədə aia.az Türkiyə mətbuatına istinadən xəbər verir.

Suriya Xarici İşlər Nazirliyi Əhməd əş-Şəraanın gələn həftə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Türkiyəyə səfər edəcəyini açıqlayıb.

BƏƏ əş-Şəraanın vəzifəyə gəldikdən sonra səfər edəcəyi ikinci körfəz ölkəsi olacaq. O, fevralda Səudiyyə Ərəbistanına səfər edib.

aia.az
Geri dön