Ana Sayfa > İdman > "Neftçi" "Şamaxı"ya, "Sumqayıt" "Araz-Naxçıvan"a qarşı
"Neftçi" "Şamaxı"ya, "Sumqayıt" "Araz-Naxçıvan"a qarşı7-04-2025, 09:15. Yazar: sevinc1 |
![]() Misli Premyer Liqasında 29-cu tura bu gün yekun vurulacaq. aia.az xəbər verir ki, son oyun günündə iki görüş keçiriləcək. Əvvəlcə "Neftçi" "Şamaxı"nın qonağı olacaq. Komandaların ilk 3 dövrədəki oyunlarında iki heç-heçə (0:0, 2:2) qeydə alınıb. Bir oyunda isə "Neftçi" qalib gəlib - 1:0. Günün digər matçında "Araz-Naxçıvan" "Sumqayıt"ı qəbul edəcək. Komandaların əvvəlki dövrələrdəki iki oyununda "Araz-Naxçıvan" qalib gəlib. Bir oyunda isə heç-heçə qeydə alınıb. 7 aprel (bazar ertəsi) 15:30. “Şamaxı” – “Neftçi” Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Əli Əliyev VAR: Rəvan Həmzəzadə AVAR: Kamran Bayramov Şamaxı şəhər stadionu 18:00. “Araz-Naxçıvan”– “Sumqayıt” Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov VAR: Nicat İsmayıllı AVAR: Cəmil Quliyev “Liv Bona Dea Arena” aia.az Geri dön |