Ana Sayfa > Manşet / Siyasət > Könül Nurullayeva: Azərbaycanın etibarlı enerji təchizatçısı kimi əhəmiyyəti artmaqdadır

Könül Nurullayeva: Azərbaycanın etibarlı enerji təchizatçısı kimi əhəmiyyəti artmaqdadır


6-04-2025, 15:34. Yazar: sevinc1
Könül Nurullayeva: Azərbaycanın etibarlı enerji təchizatçısı kimi əhəmiyyəti artmaqdadır

Azərbaycanın etibarlı enerji təchizatçısı kimi ilbəil əhəmiyyəti artmaqdadır. Rusiya-Ukrayna müharibəsi fonunda enerji bazarlarının əsası dəyişdi və yeni bazarlarda Azərbaycan qazına ehtiyac daha da artdı. 2015-ci ildə ölkəmizin təşəbbüsü ilə reallaşan Cənub Qaz Dəhlizi Məşvərət Şurasının toplantısı səmərəli nəticələr verməkdədir. Toplantıya qatılan iştirakçıların sayının ilbəil artması, Azərbaycanın uğurlu təşəbbüskarlığının yüksək qiymətləndirilməsi təsadüfi deyil. Yeni marşrutların qurulması və yeni mənbələrin cəlb olunması budəfəki toplantıda da xüsusi vurğulandı. Hasilatı artırmaqla yanaşı ixrac da artır, həmçinin Cənub Qaz Dəhlizinin coğrafiyası da genişlənir.

Bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputat diqqətə çatdırıb ki, məhz bu səbəbdən Prezident İlham Əliyev nəql infrastrukturuna, hətta hasilata əlavə sərmayələr qoyulmasının vacibliyini bəyan etdi, əks halda problemlərin meydana çıxacağını vurğuladı. “Yəni, biz əmin olmalıyıq ki, bunun üçün hələ bir neçə il bazar olacaq. Əgər bizdə belə bir təminat olmasa, onda investorlar və ölkələr sərmayə yatırmayacaqlar. Beləliklə, təbii qazın böyük qıtlığı yaranacaq”,- deyə Azərbaycan Prezidenti bildirdi.

"Yeri gəlmişkən, “Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu”nda da Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı öhdəlik götürülür. Eyni zamanda, tərəflər Cənub Qaz Dəhlizi boru kəmərləri şəbəkəsinin genişləndirilməsinin maliyyələşdirilməsini təşviq etməyə səy göstərir. Azərbaycan bəzi Avropa ölkələrinin qazpaylama şəbəkəsinin yaradılmasında iştirak edir" ,- deyə K.Nurullayeva vurğulayıb.

Deputatın fikrincə, uğurlu enerji siyasəti reallaşdıran ölkəmiz Avropanın enerji bazarında mühüm faktor kimi statusunu qoruyub saxlayır. Bu vaxta qədər əldə olunan uğurlu təcrübə, yaşıl enerji potensialının düzgün istiqamətləndirilməsi ölkəmizin cəlbediciliyini daha da artırır.

Beləliklə, Avropa qitəsində potensial əməkdaşlıq imkanları da genişlənir. Nəzərə alsaq ki, Azərbaycan, həmçinin çox böyük yaşıl enerji potensialına malikdir. Xüsusilə Ermənistan işğalından azad edilmiş ərazilərin potensial yaşıl enerji sahəsində də uğurlu əməkdaşlığın davam etdirilməsini şətrləndirir. Yaşıl enerji interkonnektor layihələri Avropanın enerji təhlükəsizliyini gücləndirməklə yanaşı, dayanıqlı enerjiyə keçidi də sürətləndirəcək.
Məşvərət Şurasının toplantılarında aparılan müzakirələrdə enerji təhlükəsizliyini möhkəmləndirmək, Cənub-Şərqi Avropada daha təmiz enerjiyə keçidi dəstəkləmək üçün birgə səylər nəzərdən keçirildi.
"Əsas hədəf təbii qaz və bərpaolunan enerji imkanları arasında səmərəliliyin artırılmasına əsaslanan qarşılıqlı əlaqə yaratmaqdır. Bakıda aparılan müzakirələr səmərəli nəticə əldə etmək üçün olduqca əlverişlidir", -deyə Könül Nurullayeva fikirlərini yekunlaşdırıb.
Geri dön