Ana Sayfa > Manşet / Siyasət / Parlament > Sahibə Qafarova: Bu, insan mərkəzli və dayanıqlı inkişafa yönəlmiş yanaşmanın daha bir göstəricisidir

Sahibə Qafarova: Bu, insan mərkəzli və dayanıqlı inkişafa yönəlmiş yanaşmanın daha bir göstəricisidir


6-04-2025, 15:30. Yazar: sevinc1
Sahibə Qafarova: Bu, insan mərkəzli və dayanıqlı inkişafa yönəlmiş yanaşmanın daha bir göstəricisidir

2020-ci ildə torpaqlarımızın işğaldan azad edilməsindən sonra Azərbaycan hökuməti bu ərazilərin bərpası, minalardan təmizlənməsi, iqtisadi fəaliyyətin yenidən qurulması və yaşıl enerji layihələrinin həyata keçirilməsi sahəsində çox fəal olub.

Bunu Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən Parlamentlərarası İttifaqın “Sosial inkişaf və ədalət naminə parlament fəaliyyətləri” mövzusuna həsr edilmiş 150-ci Assambleyasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, indiyə qədər təxminən on min nəfər keçmiş məcburi köçkün artıq doğma yurdlarına qayıdıb. 2026-cı ilin sonuna qədər bu rəqəmin 140 minə çatacağı gözlənilir. Bu, insan mərkəzli və dayanıqlı inkişafa yönəlmiş yanaşmamızın daha bir göstəricisidir.

Milli Məclisin sədri onu da bildirib ki, son 30 il ərzində qaçqın və məcburi köçkünlərin sosial inteqrasiyası ölkəmizin əsas prioritetlərindən biri olub. Ermənistanın Azərbaycanın ərazisinin 20 faizini 30 il ərzində işğal altında saxlaması nəticəsində bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Onlardan 250 mindən çoxu Ermənistandan qovulmuş insanlardır. Spiker diqqətə çatdırıb ki, işğal nəticəsində 9 şəhər və yüzlərlə kənd, tarixi, mədəni və dini abidələr, infrastruktur tamamilə dağıdılıb. İşğalın yaratdığı ağır sosial-iqtisadi yüklərə baxmayaraq, hökumətimiz qaçqın və məcburi köçkünlərin ehtiyaclarını qarşılamaq üçün bütün zəruri tədbirləri görüb.

Geri dön