Ana Sayfa > Özəl > İndoneziyada torpaq sürüşməsi: 10 nəfər ölüb

İndoneziyada torpaq sürüşməsi: 10 nəfər ölüb


Dünən, 17:08. Yazar: sevinc1
İndoneziyada torpaq sürüşməsi: 10 nəfər ölüb

İndoneziyanın Şərqi Yava adasında baş verən sürüşmə nəticəsində 10 nəfərin həyatını itirdiyi bildirilib.
İndoneziya Axtarış və Xilasetmə İdarəsinin rəhbəri Nananq Sigit açıqlamasında "Birdən yolun bir tərəfində torpaq sürüşməsi baş verib və iki avtomobil dərəyə sıxılıb. Bir avtomobil təxminən 75 metr, digəri isə 50 metr dərinlikdə tapılıb. Hər iki maşın təxminən üç metr torpağın altında qalıb". 10 nəfərin cəsədi xilasetmə qrupları tərəfindən çıxarılaraq Batu şəhəri və yaxınlıqdakı xəstəxanalara aparılıb.

aia.az
Tərcümə şöbəsi
Geri dön