Ana Sayfa > Karusel > Türkiyə təyyarəsində HƏYƏCANLI ANLAR - Təcili eniş etdi

Türkiyə təyyarəsində HƏYƏCANLI ANLAR - Təcili eniş etdi


4-02-2017, 12:25. Yazar: admin
Türkiyə təyyarəsində HƏYƏCANLI ANLAR - Təcili eniş etdi







Bu səhər saat 7:05 radələrində Türk Hava Yollarına aid sərnişin təyyarəsi bir sərnişinin səhhətinin qəfil pisləşməsi səbəbiylə İranın cənub-şərqində yerləşən Zahidan hava limanına təcili eniş etməli olub.

Milli.Az xəbər verir ki, İran dövlət televiziyasının verdiyi məlumata görə, bu olay İstanbuldan Vyetnama uçan THY-yə aid Airbus A330-300 tipli sərnişin təyyarəsində qeydə alınıb.

Xəstə dərhal Zahidan Hatemül Ənbiya xəstəxanasına çatdılıb. Təyyarənin xəstənin səhhətiylə bağlı məlumatın dəqiqləşdirilməsi üçün hava limanında gözlədiyi bildirilir.

Təhməz Təkin

aia.az
Geri dön