Ana Sayfa > Özəl > Netanyahu və Orban Trampla birlikdə danışıb
Netanyahu və Orban Trampla birlikdə danışıb3-04-2025, 22:15. Yazar: sevinc1 |
![]() İsrailin baş naziri Benyamin Netanyahu və onun macar həmkarı Viktor Orban ABŞ prezidenti Donald Trampla danışıb və onunla Macarıstanın Beynəlxalq Cinayət Məhkəməsindən (ICC) çıxması qərarını müzakirə ediblər. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail hökumətinin başçısının ofisində bildirilib.“Netanyahu və Orban bu gün (..) ABŞ prezidenti ilə Macarıstanın BCM-dən çıxmaq qərarı və bununla bağlı atılacaq addımlar barədə danışıblar”, - deyə bəyanatda bildirilir. Bundan əvvəl Macarıstanın Baş Naziri Aparatının rəhbəri Qergeli Qulyas israilli siyasətçinin respublikaya səfəri fonunda ölkənin ICC sazişindən çıxacağını açıqlamışdı. Orban vurğulayıb ki, Macarıstan BCM-dən çıxacaq, çünki bu, siyasətin alətinə çevrilib, bunu onun İsraillə bağlı bütün son qərarları sübut edir. aia.az Tərcümə şöbəsi Geri dön |