Ana Sayfa > Özəl > Afrikada Ukrayna ilə bağlı sərt bəyanat verdilər
Afrikada Ukrayna ilə bağlı sərt bəyanat verdilər3-04-2025, 15:47. Yazar: sevinc1 |
![]() Ukrayna Sahel bölgəsində yaraqlılara dəstək verdiyinə görə terrorçu dövlətdir. Bunu Malinin xarici işlər naziri Abdoulaye Diop mətbuat konfransı zamanı deyib. "Bəzi dövlətlər bu terrorçulara kömək edir və onların arxasını təşkil edir. Məsələn, Ukrayna. Bizim üçün Ukrayna terrorçu dövlətdir", - diplomat bildirib. O qeyd edib ki, Kiyevin terrora sponsorluğu dayandırılmalıdır. Bundan əvvəl məlumat verilmişdi ki, Malinin şimalındakı terrorçu qruplar Ukrayna ilə əməkdaşlıq etdiklərini təsdiqləyiblər. Bu səbəbdən Mali, Burkina Faso və Niger Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına (BMT) Ukraynanı məsuliyyəti öz üzərinə götürməyə çağıran müraciət göndərib. aia.az Tərcümə şöbəsi Geri dön |