Ana Sayfa > Ölkə > Azərbaycan təmsilçiləri “RoboLand-2025” festivalında iştirak ediblər

Azərbaycan təmsilçiləri “RoboLand-2025” festivalında iştirak ediblər


1-04-2025, 17:12. Yazar: sevinc1
Azərbaycan təmsilçiləri “RoboLand-2025” festivalında iştirak ediblər

aia.az xəbər verir ki, martın 27-28-də Qazaxıstanda X Beynəlxalq Robototexnika, Proqramlaşdırma və İnnovasiya Texnologiyaları Festivalı - “RoboLand-2025” keçirilib. Festivalda Qazaxıstanla yanaşı, Azərbaycan, Bolqarıstan, İran, Rusiya, Özbəkistan və Qırğızıstan təmsilçiləri də iştirak ediblər.
17 kateqoriya üzrə təşkil olunan “RoboLand-2025” festivalı robototexnika və innovasiya texnologiyaları sahəsində nailiyyətlərin nümayişi və təcrübə mübadiləsi üçün bir platformaya çevrilib və gənclər arasında STEAM təhsilinin və rəqəmsal bacarıqların inkişafına töhfə verir.
Geri dön