Ana Sayfa > Dünya > Saratov hava limanında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Saratov hava limanında müvəqqəti məhdudiyyətlər tətbiq edilib


28-03-2025, 10:33. Yazar: sevinc1
Saratov hava limanında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
Saratov şəhərində yerləşən "Qagarin" hava limanında müvəqqəti olaraq təyyarələrin qəbulu və buraxılışı dayandırılıb.

aia.az xəbər verir ki, bu barədə Rosaviatsiyanın nümayəndəsi Artyom Korenyako məlumat verib.

"Bu gün səhər saatlarında Saratov (Qagarin) hava limanında müvəqqəti məhdudiyyətlər tətbiq edilib", – deyə Korenyako "Telegram" kanalında bildirib. O qeyd edib ki, hava limanı xidmətləri uçuşların təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görür.

Məhdudiyyətlərin nə vaxta qədər davam edəcəyi barədə əlavə məlumat verilməyib.


Geri dön