Ana Sayfa > İdman > Azərbaycanın iki şahmatçısı Dünya Kubokuna vəsiqə qazanıb
Azərbaycanın iki şahmatçısı Dünya Kubokuna vəsiqə qazanıb27-03-2025, 13:04. Yazar: sevinc1 |
![]() Azərbaycanın iki şahmatçısı Dünya Kubokuna vəsiqə qazanıb. aia.az bildirir ki, bu barədə Azərbaycan Şahmat Federasiyası məlumat yayıb. Rumıniyanın Eforie Nord şəhərindəki Avropa çempionatında təmsilçilərimizdən ən yaxşı nəticəni Nicat Abasov əldə edib. Son turda heç-heçə oynayan qrosmeyster 8 xalla 8-ci yeri tutub. 11-ci turu qələbə ilə başa vuran Read Səmədov ilk iyirmiliyə daxil olub. Reqlamentə əsasən, Avropa çempionatında turnir cədvəlinin ilk 20 pilləsində yer alan şahmatçılar Dünya Kubokunda iştirak imkanı qazanıb. Yekun sıralamada 12-ci yeri tutan Read Səmədov bu il baş tutacaq Dünya Kubokunda mübarizə aparacaq. Eyni zamanda ilk 20-likdə olan şahmatçılardan bəziləri əvvəlki yarışlarda Dünya Kubokuna vəsiqə əldə etdiyinə görə 23-cü yerdə qərarlaşan Əhməd Əhmədzadə də mötəbər yarışda iştirakını rəsmiləşdirib. Qitə çempionatında Read Səmədov ikinci qrosmeyster (GM), Şahin Vəliyev isə ilk beynəlxalq usta (IM) balını toplayıb. Ümid Aslanov 2300 reytinqi keçərək FIDE ustası (FM) titulunu əldə edib. Qeyd edək ki, çempionatı 8-ci yerdə başa vuran Nicat Abasov Dünya Kubokuna vəsiqəni əvvəlki yarışlarda əldə edib. Geri dön |