Ana Sayfa > Siyasət > Suriyadakı səfirliyimiz kimsəsiz uşaqlar üçün iftar süfrəsi təşkil etdi - FOTO

Suriyadakı səfirliyimiz kimsəsiz uşaqlar üçün iftar süfrəsi təşkil etdi - FOTO


26-03-2025, 15:18. Yazar: sevinc1
Suriyadakı səfirliyimiz kimsəsiz uşaqlar üçün iftar süfrəsi təşkil etdi - FOTO

Azərbaycanın Suriyadakı səfirliyi paytaxt Dəməşqdə kimsəsiz uşaqlar üçün iftar süfrəsi təşkil edib.

aia.az xəbər verir ki, mərasimdə üç gün boyunca davam edəcək tədbirlərin 1000 nəfərədək uşağı əhatə edəcəyi bildirilib.

Tədbirdə iştirak edən Azərbaycanın bu ölkədəki müvəqqəti işlər vəkili Elnur Şahhüseynov bildirib ki, bugünkü mərasimdə qayğıya ehtiyacı olan uşaq 500 uşaq iştirak edir.

Diplomat həmçinin, Suriyada baş verənlər nəticəsində 2012-ci ildən etibarən Azərbaycanın səfirliyinin fəaliyyətini dayandırdığını və bir qədər əvvəl onun bərpası prosesinin başlandığını açıqlayıb.

Qeyd edək ki, Azərbaycan tərəfi indiyədək bu ölkəyə 200 ton həcmində humanitar yardım göndərib.




Geri dön