Ana Sayfa > Siyasət > Baş prokurorun səlahiyyət müddəti bitir - Milli Məclis təqdimata baxacaq
Baş prokurorun səlahiyyət müddəti bitir - Milli Məclis təqdimata baxacaq26-03-2025, 14:27. Yazar: sevinc1 |
![]() Azərbaycanın Baş prokuroru Kamran Əliyevin səlahiyyət müddəti bitir. aia.az xəbər verir ki, o, 2020-ci il may ayının 1-də vəzifəyə təyin olunub. "Prokurorluq haqqında" qanunun 16-cı maddəsinə əsasən, Baş prokurorun səlahiyyət müddəti 5 ildir. K.Əliyevin vəzifədə olma müddəti 2025-ci il may ayının 1-də sona çatır. Azərbaycan Konstitusiyasının 133-cü maddəsinə əsasən, Baş prokuroru Azərbaycan Prezidenti Milli Məclisin razılığı ilə vəzifəyə təyin və vəzifədən azad edir. Qanunvericiliyin tələbinə uyğun olaraq parlament may ayının 1-dək Baş prokurorun təyinatı ilə bağlı məsələyə baxmalıdır. "Prokurorluq haqqında" qanun bir şəxsin neçə dəfə Baş prokuror təyin olunmasına hər hansı məhdudiyyət qoymur. Geri dön |