Ana Sayfa > Ölkə > Azərbaycanlı tələbə ABŞ-da birinci oldu - FOTO

Azərbaycanlı tələbə ABŞ-da birinci oldu - FOTO


26-03-2025, 14:03. Yazar: sevinc1
Azərbaycanlı tələbə ABŞ-da birinci oldu - FOTO

Bakı Musiqi Akademiyasının III kurs tələbəsi, “Heydər Əliyev adına təqaüd”ün mükafatçısı, respublika və beynəlxalq müsabiqələr laureatı Kənan Məmmədzadə ABŞ-da keçirilən "Golden Classical Music Awards” müsabiqəsində 1-ci yerə layiq görülüb.

aia.az xəbər verir ki, o, müsabiqənin dünyaca məşhur Karnegie zalında keçirilən bağlanış-qala konsertində iştirak edib.K.Məmmədzadə vətənpərvərlik prizmasından yanaşaraq solo violino üçün M.Həşimovun və A.Əliyevin “Rast” improvizasiyalarını ifa edib.

Muğam-lad intonasiyası əsasında yazılan bu əsər əcnəbi musiqiçilərin və dinləyici kütləsinin marağını cəlb edib.

Müqsabiqə çərçivəsində Kənan Məmmədzadənin müəllimi tanınmış pedaqoq, professor Hökumə Əliyeva da mükafatlandırılıb.


Geri dön