Ana Sayfa > Ölkə > Millət Vəkili Nəsib Məhəməliyevin təşəbbüsü ilə iftar süfrəsi açılıb

Millət Vəkili Nəsib Məhəməliyevin təşəbbüsü ilə iftar süfrəsi açılıb


26-03-2025, 12:32. Yazar: sevinc1
Millət Vəkili Nəsib Məhəməliyevin təşəbbüsü ilə iftar süfrəsi açılıb

11 ayın sultanı Mübarək Ramazan ayı bütün dünya müsəlmanlarının birlik, bərabərlik simvolu olmaqla yanaşı, insanlıq, xeyirxahlıq, səxavət, sədaqət ayıdır. Bu ayda oruc tutan möminlərə imkanı daxilində iftar süfrələri açmaq təbii ki, ibadətdəndir. Möminlərin təravih namazları da ənənəvi olaraq davam edir.
Daim seçicilərinin yanında olan, onların qayğı və problemlərinin həllinə maksimum çalışan, narahatlıq doğuran məsələlərin aradan qaldırılması naminə səylərini əsirgəməyən millət vəkili Nəsib Məhəməliyev ötən gün və bu gün Qabaxçöl qəsəbəsində verdigiyi iftar süfrələrində müxəlif təbəqələrdən olan oruclu insanlarla görüşlər keçirmiş, onlarla bir süfrədə əyləşərək iftar etmişdir.

"Atributinfo.az" xatırladir ki, ötən gün ilk dəfə yaşından asılı olmayaraq oruclu tələbələrin bir araya gələrək iftarda birgə iştirak etmələri, onların mənəvi dəyərlərimizə soykənərək erkən yaşlarında bu cür canlı tanışlıqları mükəmməl hadisələrdəndir və ilahi sevgidəndir. Yaşlılar, gənclər, yoxsullar, qadınlar, məmurlar, şəhid ailələri, qazilər və digər yaş, peşə, qruplarına aid insanların ortaq mənəvi dəyərdə buluşması, bir araya gəlməsi məhz bu bayramda olur. Ramazanın gözəlliklərindən biri də odur ki, bu ayın 30 gününün hər günü bayramdır, birlikdir, bərabər kimdir, xeyirxahlıqdır, təqvadır, ibadət və itaətdir.
Qabaxçöl mərkəzi məscidinin imamı qəsəbə sakinləri adından belə bir zəngin iftar süfrəsini təşkil edən, xeyir əməli, zəhməti olan hər kəsə, xüsusən milli təəssübkeşliyi, xeyirxahlığı və səmimiyyəti ilə daim diqqət çəkən deputat Nəsib Məhəməliyevə öz təşəkkürünü bildirdi

İftar süfrələri hələ davam etməkdədir.
Geri dön