Ana Sayfa > İqtisadiyyat > Rusiya texnoloji məhsullarının Azərbaycanda tətbiqinə böyük potensial görür

Rusiya texnoloji məhsullarının Azərbaycanda tətbiqinə böyük potensial görür


26-03-2025, 12:27. Yazar: sevinc1
Rusiya texnoloji məhsullarının Azərbaycanda tətbiqinə böyük potensial görür
Rusiyanın texnoloji məhsullarının Azərbaycanda tətbiqi üçün böyük potensial var.

aia.az xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyinin “rəqəmsal attaşe"si Dmitri Alekseyev bildirib.

Onun sözlərinə görə, bu, xüsusilə dövlət xidmətlərinin göstərilməsi, "ağıllı şəhər"lərin salınması, sənayedə süni intellektin tətbiqi, aqrar sektor, turizm və təhsil sahələrinə aiddir.

"Rusiya şirkətləri öz rəqabət üstünlüklərini pilot layihələr çərçivəsində nümayiş etdirməyə hazır olmalıdırlar. Bu il Azərbaycanda İKT sahəsində 9-12 % artım proqnozlaşdırılır", – deyə o qeyd edib.

D.Alekseyev əlavə edib ki, Azərbaycanın rəqəmsal transformasiyasının əsas hədəfləri rəqəmsal hökumətə keçid, genişzolaqlı şəbəkələrin inkişafı, rəqəmsal savadlılığın artırılması, həmçinin dövlət və korporativ kibertəhlükəsizliyin gücləndirilməsidir: "Hökumət yeni müəssisələrin, xüsusilə texnoloji sahədə şirkətlərin yaradılmasını dəstəkləyir. Bundan əlavə, Azərbaycan xarici investorlar üçün vergi güzəştləri və subsidiyalar təklif edir ki, bu da biznesin inkişafını daha cəlbedici edə bilər".

Onun fikrincə, ölkədəki imkanlardan yararlanmaq və mövcud çağırışlara uyğun strategiya qurmaq üçün Rusiya şirkətləri bazarın tələblərinə uyğun addımlar atmalıdırlar.
Geri dön