Ana Sayfa > Təhsil > Bu şəhərin məktəbliləri buraxılış imtahanlarında yüksək nəticə göstərib
Bu şəhərin məktəbliləri buraxılış imtahanlarında yüksək nəticə göstərib26-03-2025, 12:18. Yazar: sevinc1 |
![]() Naxçıvan şəhərinin və Şahbuz rayonunun ümumtəhsil məktəblərinin şagirdləri 2023-2024-cü tədris ilinin buraxılış imtahanlarında ölkə üzrə yüksək nəticə göstərib. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, bu, Dövlət İmtahan Mərkəzinin açıqladığı 2023-2024-cü tədris ili üzrə IX və XI siniflərin buraxılış imtahanın nəticələri ilə bağlı illik hesabatda əksini tapıb. Hesabatda qeyd olunur ki, IX siniflərdə ölkə üzrə ən yüksək nəticəni Naxçıvan şəhərinin şagirdləri göstərib (141.16). İlk beşliyin növbəti sıralarında isə Sumqayıt şəhərlərinin (138.83), Şahbuz (136.57), Qubadlı (132.05) rayonlarının və Bakı şəhərinin (127.75) şagirdləri qərarlaşıb. XI siniflər üzrə buraxılış imtahanında isə ilk beşliyin ikincisi Naxçıvan şəhərinin (157.36) məktəbliləri olub. Sumqayıt şəhərinin məktəbliləri birinci (163.09), növbəti sıralarda isə Qubadlı (156.99), Şahbuz (151.87) rayonlarının və Bakı şəhərinin (151.80) şagirdləri yüksək nəticələrinə görə digər rayonlardan fərqləniblər. Geri dön |