Ana Sayfa > Ölkə > Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb - DİN
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb - DİN26-03-2025, 10:37. Yazar: sevinc1 |
![]() Martın 25-də ölkə ərazisində qeydə alınan 33, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən yayılan məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 39, o cümlədən borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb. Geri dön |