Ana Sayfa > İdman > UEFA Millətlər Liqası:
UEFA Millətlər Liqası:24-03-2025, 09:33. Yazar: sevinc1 |
![]() UEFA Millətlər Liqasında 1/4 final və pley-off mərhələsinin cavab oyunları keçirilib. aia.az xəbər verir ki, günün ilk matçında Gürcüstan millisi Ermənistanı qəbul edib. Görüşə yaxşı başlayan ev sahibləri ilk 35 dəqiqədə rəqib qapısına 5 top vurublar. Oyun gürcülərin 6:1 hesablı qələbəsi ilə başa çatıb. A Liqasına yüksəlmək uğrunda mübarizədə isə Türkiyə səfərdə Macarıstanla qarşılaşıb. Qonaqlar rəqibini 3 cavabsız qolla məğlub edib və adını A Liqasına yazdırmağı bacarıb. Almaniya 1/4 finalın cavab qarşılaşmasında öz meydanında İtaliya ilə qarşılaşıb. 6 qolun vurulduğu matçda qalib müəyyənləşməsə də, 3:3 hesablı heç-heçə ilə almanlar adlarını yarımfinal mərhələsinə yazdırıblar. UEFA Millətlər Liqası 1/4 final mərhələsi, cavab oyunu 23 mart 23:45 Fransa – Xorvatiya 2:0, Pen. (5:4) İlk oyun 0:2 23:45 Almaniya – İtaliya 3:3 İlk oyun 2:1 23:45 Portuqaliya – Danimarka 5:2 İlk oyun 0:1 23:45 İspaniya – Niderland 3:3, Pen.(5:4) İlk oyun 2:2 A Liqasına vəsiqə uğrunda pley-off 21:00. Macarıstan - Türkiyə 0:3 İlk oyun 1:3 21:00. Serbiya – Avstriya 2:0 İlk oyun 1:1 21:00. Şotlandiya – Yunanıstan 0:3 İlk oyun 1:0 23:45. Belçika – Ukrayna 3:0 İlk oyun 1:3 B Liqasına vəsiqə uğrunda pley-off 18:00. Gürcüstan – Ermənistan 6:1 İlk oyun 3:0 21:00. İslandiya – Kosovo 1:3 İlk oyun 1:2 21:00. Sloveniya – Slovakiya 1:0 İlk oyun 0:0 23:45. İrlandiya – Bolqarıstan 2:1 İlk oyun 2:1 aia.az Geri dön |