Ana Sayfa > Dünya > Keçmiş müdafiə naziri hərbi sirri yaymaqda ittiham olunur
Keçmiş müdafiə naziri hərbi sirri yaymaqda ittiham olunurDünən, 09:16. Yazar: sevinc1 |
![]() Polşanın keçmiş müdafiə naziri Mariuş Blaşak hərbi sirri yaymaqda ittiham olunur. aia.az xəbər verir ki, Blaşak Varşava prokurorluğunda dindiriləcək. Keçmiş nazir Polşanın Baş naziri Donald Tuskun rəhbərliyi altında hazırlanan "Rusiyanın hücumuna qarşı müdafiə planı"nı yaymaqda ittiham olunur. Blaşak 2023-cü ilin sentyabrında X sosial platformasında Tusk hökumətinin Rusiyanın mümkün hecumuna qarşı Varşavadan keçən Vistula çayının kənarlarında müdafiə planı hazırladığına dair məlumat paylaşmışdı. Keçmiş nazir qeyd etmişdi ki, paytaxtdan keçən çayın kənarında müdafiə mövqeyi Varşavaya qədər olan əraziləri Rusiyaya vermək deməkdir./Teleqraf.com aia.az Geri dön |