Ana Sayfa > İdman / Karusel > Ronaldinyo: "Qvardiola məndən qayıtmağı xahiş etdi"

Ronaldinyo: "Qvardiola məndən qayıtmağı xahiş etdi"


3-02-2017, 17:06. Yazar: admin
Ronaldinyo: "Qvardiola məndən qayıtmağı xahiş etdi"







"Barcelona"nın sabiq yarımmüdafiəçisi Ronaldinyo 2008-ci ildə Xose Qvardiola katalon klubuna rəhbərlik etməyə başlayanda ora qayıtmaq barədə təklif aldığını deyib. Goal.az xəbər verir ki, "sambaçı" bunları qeyd edib:

"Qvardiola "Barcelona"nın baş məşqçisi təyin olunanda mənimlə əlaqə saxladı. O, məndən klubda qalmağı xahiş etdi. Xosepə minnətdarlığımı bildirdim və "Barca" karyeramın başa çatmaq üzrə olduğunu hiss etdiyimi dedim. Onunla gözəl münasibətimiz var".

Ronaldinyo ötən gün "Barcelona"nın səfiri vəzifəsinə təyin olunub.

aia.az
Geri dön