Ana Sayfa > Ölkə > Polis Bərdədə əməliyyat keçirdi

Polis Bərdədə əməliyyat keçirdi


Dünən, 09:22. Yazar: sevinc1
Polis Bərdədə əməliyyat keçirdi

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs qismində əvvəllər məhkum olunan Sarvan Məhərrəmov saxlanılıb.

Bu barədə aia.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, ondan 4 kiloqram marixuana aşkarlanaraq götürülüb. O, ifadəsində İrandan qaçaqmalçılıq yolu ilə gətirdiyi narkotikin Bərdə rayonu ərazisində satışını təşkil etmək istədiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, S.Məhərrəmov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

aia.az
Geri dön