Ana Sayfa > Manşet / Dünya > Ərdoğan:

Ərdoğan:


Dünən, 09:16. Yazar: sevinc1
Ərdoğan:

Diqqət edirsinizsə, müxalifət tərəfi CHP-si, mediası və digər strukturları ilə istər diplomla, istərsə də korrupsiya-oğurluqla bağlı məhkəmənin irəli sürdüyü iddialara cavab verə bilmir.

aia.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Əvəzində məsələni siyasi şüarlarla məhdudlaşdıraraq milləti aldatmaq kimi asan varianta əl atırlar. Müxalifətin öz daxili çəkişmələrini və ya qanunla bağlı problemlərini ölkənin ən vacib məsələsi kimi qələmə vermək cəhdi ikiüzlülüyün zirvəsidir.

Dövlət başçısı bildirib ki, müxalifətin ambisiyaları və istəkləri faktiki olaraq beyinlərini əsir götürüb.

“Qardaş, bu diplom alnın təri ilə, prosedura uyğun alınmış sənəddir” desələr, bunu aidiyyəti dostlarımız vasitəsilə, hüquqi arqumentlərlə müzakirə etmək. Necə ki, “Bələdiyyədə oğurluq, korrupsiya, qanunsuzluq, ədalətsizlik, qaranlıq, mürəkkəb münasibətlər yoxdur” deyirlərsə, bunu ekspertlərin köməyi ilə, hüquqi sübutlar əsasında danışmaq, müzakirə etmək olar. Amma onlar bunları etmirlər, edə bilməzlər, çünki hər şeyin və daha çoxunun doğru olduğunu ən yaxşı özləri bilirlər”, - Ərdoğan qeyd edib.

Onun sözlərinə görə, bu məlumatların və sənədlərin əksəriyyətini məhkəmə orqanlarına öz partiyadaşları veriblər.

“İctimaiyyət qarşısında timsah göz yaşları tökən CHP rəhbərlərinin əksəriyyətinin partiyadaxili qarşıdurmada rəqiblərini sıradan çıxardıqları üçün bağlı qapılar arxasında sevincinin həddi-hüdudu olmadığı da göz qabağındadır. Bir daha deyirəm: CHP-nin məsələsi ölkənin, xalqın deyil, öz qərargahında olan bir ovuc iddialı adamın məsələsidir. Bizim nə partiya, nə də müttəfiq olaraq müxalifətin şoularına vaxtımız yoxdur. Partiya olaraq ölkənin əsl gündəmi ilə məşğuluq. Allaha şükürlər olsun ki, 23 illik ömrümüzün hər günü, hər anı belə keçdi, ölkəmizə saysız-hesabsız işlər, xidmətlər göstərildi. Biz sərmayələrimizlə 81 əyalətimizin hər qarışında iz buraxmışıq. Türk Əsrinin qurulması yolunda maneələri səbirlə və qətiyyətlə bir-bir aradan qaldırdıq. Bu şəkildə də yola davam edirik”, - Türkiyə Prezidenti qeyd edib.

aia.az
Geri dön