Ana Sayfa > Özəl > Berlində ictimai nəqliyyat işçiləri 2 günlük tətilə başlayıblar
Berlində ictimai nəqliyyat işçiləri 2 günlük tətilə başlayıblarBu gün, 16:47. Yazar: sevinc1 |
![]() Almaniyanın paytaxtı Berlində Nəqliyyat Müəssisələrinin (BVG) işçiləri yenidən 2 günlük tətilə başlayıblar.Yerli vaxtla gecə saat 03.00-da başlayan tətil martın 21-i saat 03.00-da başa çatacaq. Tətillə əlaqədar paytaxtda şəhərdaxili avtobus, metro və tramvay xidmətləri olmayacaq. Berlində yalnız başqa bir qurum tərəfindən idarə olunan şəhərətrafı qatarlar müntəzəm olaraq işləməyə davam edir. Tətil səbəbindən bir çox insan velosiped, elektron skuter və skuter kimi nəqliyyat vasitələrindən istifadə edib. Şəhərdaxili avtonəqliyyat vasitələrinin hərəkətinin intensivləşməsi ilə əlaqədar bir çox məntəqələrdə nəqliyyatın hərəkəti zəifləyib, bəzi küçələrdə isə nəqliyyatın hərəkəti dayanıb. Ver.di fəhlə həmkarlar ittifaqı xəbərdarlıq tətili ilə martın 21-də keçiriləcək danışıqlardan əvvəl işəgötürənlərə təzyiqi artırmaq istəyir. Birliyin baş müzakirəçisi Ceremi Arndt bildirib ki, cümə günü keçiriləcək danışıqlar raundunda razılıq əldə olunmasa, müddətsiz tətil keçirilə bilər. Bu çağırışı tənqid edən BVG İnsan Resursları Meneceri Jenny Zeller-Grothe açıqlamasında birliyin yüksək tələbləri qarşısında bir daha mühüm güzəştlərə getdiklərini və maliyyə imkanlarının həddinə çatdıqlarını bildirib. Qeyri-müəyyən tətil üçün səsvermə keçirilməli və səsvermədə iştirak edənlərin ən azı 75 faizi müsbət səs verməlidir. Həmkarlar ittifaqı bütün işçilər üçün aylıq əmək haqqının 750 avro artırılmasını, 13-cü maaşın ödənilməsini, sürücülərə 300 avro əlavə ödəniş, növbədə işləyənlərə isə 200 avro əlavə ödəniş tələb edir. BVG rəhbərliyi isə həmkarlar ittifaqının tələblərinə məhdud şəkildə cavab verib, 24 aylıq müqavilə müddəti və maaşların mərhələli şəkildə artırılmasını təklif edib. aia.az Tərcümə şöbəsi Geri dön |