Ana Sayfa > Özəl > Zelenski Trampla telefon danışığını açıqlayıb
Zelenski Trampla telefon danışığını açıqlayıbBu gün, 14:53. Yazar: sevinc1 |
![]() Vladimir Zelenski bu gün Amerika prezidenti Donald Trampa zəng edəcəyini bildirib. "Report" TASS-a istinadən xəbər verir ki, o, bu barədə Finlandiya prezidenti Aleksandr Stubbla birgə mətbuat konfransı zamanı bildirib.Ukraynalı siyasətçinin sözlərinə görə, o, Amerika lideri ilə Ukraynadakı vəziyyətlə bağlı “növbəti addımların təfərrüatlarını” müzakirə etməyə hazırlaşır. “Düşünürəm ki, onun (Rusiya prezidenti Vladimir) Putinlə söhbətinin təfərrüatlarını ondan eşidəcəm”, - deyə Zelenski əlavə edib. Xatırladaq ki, martın 18-də Putinlə Tramp arasında iki saata yaxın davam edən telefon danışığı olub. Nəticədə, Rusiya lideri Trampın Rusiya və Ukraynanın 30 gün ərzində enerji infrastrukturuna hücumlardan qarşılıqlı imtinası ideyasını dəstəkləyib. Rusiya Federasiyasının prezidenti hərbçilərə müvafiq sərəncam verib.Üstəlik, əmrdən sonra Kiyev Rusiyanın energetika obyektinə hücum edib. Rusiya Federasiyasının Müdafiə Nazirliyi bəyan edib ki, hücum Krasnodar diyarının Kavkazskaya kəndinə düşüb - orada neft çənlərindən birinin təzyiqi azalıb və yanğın baş verib. aia.az Tərcümə şöbəsi Geri dön |