Ana Sayfa > Gündəm > Deputat Şirvan şəhərində Novruz bayramı münasibətilə keçirilən ümumşəhər tədbirində iştirak edib

Deputat Şirvan şəhərində Novruz bayramı münasibətilə keçirilən ümumşəhər tədbirində iştirak edib


Bu gün, 13:05. Yazar: sevinc1
Deputat Şirvan şəhərində Novruz bayramı münasibətilə keçirilən ümumşəhər tədbirində iştirak edib

aia.az xəbər verir ki, 18.03.2025-ci il tarixində VII çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Heydər Əsədov Şirvan şəhərində Novruz bayramı münasibətilə keçirilən ümumşəhər tədbirində iştirak edib.

Martın 18-də Şirvan şəhərində xalqımızın qədim tarixini, milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramına həsr olunmuş ümumşəhər bayram tədbiri keçirilib. Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Millət vəkili Heydər Əsədov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri, şəhid ailə üzvləri, müharibə iştirakçıları, şəhər sakinləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Tədbirdən sonra Millət vəkili Heydər Əsədov YAP Şirvan şəhər təşkilatının inzibati binasında şəhid ailələri ilə görüşmüş, onlara Novruz bayramı və Ramazan bayramı münasibəti ilə bayram sovqatları təqdim etmişdir. Görüşdən sonra Millət Vəkili Heydər Əsədov vətəndaşların müraciəti əsasında şəxsi vəsaiti hesabına Xəqani küçəsində yerləşən yenidən əsaslı şəkildə təmir etdirdiyi mərasim evinin açılışında iştirak etdi.
Geri dön