Ana Sayfa > Manşet / Siyasət / Seçilənlər-6 > Göydəniz Qəhrəmanov: “Əsas diqqətlərin regional problemlər və regional fürsətlər üzərində cəmləşməsi real müsbət nəticələr verəcək”

Göydəniz Qəhrəmanov: “Əsas diqqətlərin regional problemlər və regional fürsətlər üzərində cəmləşməsi real müsbət nəticələr verəcək”


Bu gün, 12:26. Yazar: sevinc1
Göydəniz Qəhrəmanov: “Əsas diqqətlərin regional problemlər və regional fürsətlər üzərində cəmləşməsi real müsbət nəticələr verəcək”

“Azərbaycan 2020-ci ildə apardığı 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə ilə 30 ilə yaxın işğal altında olan torpalarını azad etdi və Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yaratdı. Bununla Azərbaycan bütün dünyaya bildirdi ki, artıq bu bölgədə regional prosesləri öz nəzarətinə götürə biləcək bir lider var və onunla razılaşdırılmadan Cənubi Qafqazda heç bir layihə reallaşa bilməz. Tarixi Qələbəmizdən keçən 5 il ərzində Azərbaycan qlobal arenada da öz mövqelərini kifayət qədər gücləndirə bilib. Təbii ki, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş, praqmatik xarici siyasət kursu Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsini təmin edən əsas amildir. Xüsusilə ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminatında getdikcə artan rolu artıq bütün Avrasiya məkanında gedən mühüm geosiysi proseslərə Azərbaycanın münasibətini və malik ola biləcəyi təsir imkanları barədə məlumatları Avropa ictimaiyyəti üçün son dərəcə maraqlı edir. Cənab Prezident İlham Əliyevin martın 13-də XII Qlobal Bakı Forumu zamanı “Euronews” televiziyasına verdiyi müsahibənin gedişində də bu məqam öz əksiniaydın şəkildə tapmışdı.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov deyib.

       
Deputat mövzunu davam etdirərək bildirib ki, cənab Prezident İlham Əliyevin dünya düzəninin yenidən nizmlanması ilə bağlı yaranan yeni qaydalara dair səsləndirdiyi fikirlər xüsusi önəm kəsb edir: “XII Qlobal Bakı Forumunun mövzusu da artıq özü-özlüyündə bu gün yeni dünya düzəninin nizamlanması prosesinin getdiyini bir daha təsdiqləmiş olur. Cənubi Qafqazın bu dünyanın çox önəmli geostrateji nöqtələrindən biri, Azərbaycanın isə bu regionun lider ölkəsi olduğunu nəzərə alsaq, dünyada gedən qlobal proseslərə təsir baxımından ölkəmizin imkanlarının kifayət qədər geniş və güclü olduğunu deyə bilərik. Möhtərəm dövlət başçımız yeni dünya düzəninin formalaşması barədə ümumi qəbul olunmuş yanaşma və mülahizələri təqdim etdikdən sonra, bu proseslərdə konkret ölkələrin tuta biləcəkləri hərəkət istiqamətlərilə bağlı son dərəcə dəyərli açıqlamalar təqdim etdi. Cənab Prezident bildirdi ki, beynəlxalq ictimaiyyət tərəfindən istifadə olunacaq qarşılıqlı əlaqə konfiqurasiyasından asılı olmayaraq, hər bir ölkə özünün daxili işlərinə və daxili imkanlarına daha çox diqqət ayırmalı, hər hansı bir yardıma və hətta beynəlxalq hüquqa arxalanmamalıdır. Möhtərəm Prezidentimizin bu bəyanatı əlbəttə ki, ilk növbədə beynəlxalq hüququn seçmə üsulu ilə tətbiqinin qurbanı olan Azərbaycanın öz gələcəyini daxili resurslar hesabına qurmaq təcrübəsindən irəli gəlir. Eyni zamanda da cənab Prezident İlham Əliyev daha bir vacib məsələni proqnozlaşdıraraq bildirdi ki, bundan sonra ölkələr daha çox beynəlxalq təsisatlar çərçivəsində fəaliyyətə deyil, məhz ikitərəfli münasibətlərə üstünlük verəcəklər. Bu da əlbəttə ki, hazırda bəzi beynəlxalq təşkilatların mövqelərinin zəifləməsi, bəzilərinin isə açıq-aşkar hansısa böyük dövlətin iradəsinin ifadəçisinə çevrilməsi ilə şərtlənən bir məsələdir.”
       
Həmçinin G.Qəhrəmanov cənab Prezident İlham Əliyevin Cənubi Qafqazda regional sülh və təhlükəsizliyin təmin edilməsi baxımından real imkanların olması və bu imkanlardan maksimum yararlanmağın vacibliyi barədə dediklərinin əhəmiyyətini vurğulayaraq bunları deyib: “Dünya təcrübəsi göstərir ki, planetin hər hansı bir bölgəsində gedən geosiyasi proseslərin, ələlxüsus da yaranan gərginlik və böhran vəziyyətlərinin qonşu regionlara təsiri çox zaman virus yayılması effektinə bərabər olur. Bu zaman ayrı-ayrı ölkələrin və bütöv regionların ətrafda baş verən böhranlardan qorunması həmin ölkə və region liderlərinin nə dərəcədə düzgün idarəçilik və siyasət həyata keçirmələrindən də çox asılı olur. Məhz bunları nəzərdə tutaraq, cənab Prezident İlham Əliyev öz müsahibəsində regionumuzun ətrafda baş verən böhranlardan qorunmasını vacib məsələ kimi qeyd etdi. Onilliklər ərzində Cənubi Qafqazın qarşıdurma və düşmənçilik bölgəsi olduğunu vurğulayan dövlət başçısıhazırda nisbətən sakit dövrdə olmağımızın hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaratmaq və sovet dövründə olduğu kimi qonşuluq şəraitində yaşamağa başlamaq üçün bir şans olduğunu diqqətə çatdırdı. Bu məqsədlərə nail olmaq üçün isə, dövlət başçımızın dediyi kimi, əsas diqqətləri regional problemlər və regional fürsətlər üzərində cəmləşdirmək tələb olunur. Yalnız bu halda real müsbət nəticələr əldə etmək olacaq” – deyə, millət vəkili fikirlərini tamamlayıb.
Geri dön