Ana Sayfa > Ölkə > Yasamal rayon ictimaiyyəti Novruz bayramını təntənə ilə qeyd edir

Yasamal rayon ictimaiyyəti Novruz bayramını təntənə ilə qeyd edir


Bu gün, 10:59. Yazar: sevinc1
Yasamal rayon ictimaiyyəti Novruz bayramını təntənə ilə qeyd edir

2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Novruz bayramı münasibətilə Yasamal Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan Milli Konservatoriyasında bayram tədbiri keçirilib. Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, şəhid ailələrinin üzvləri, qazilər, ali təhsil məktəblərinin rektorları, səhiyyə müəssisələrinin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə Dövlət Himni səsləndirilib,Ulu Öndərin və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Yasamal Rayon İcra Hakimiyyətinin Novruz bayramına hazırladığı filmə baxış keçirildi. Tədbirdə Ümummilli Lider Heydər Əliyevin Novruzun xalqımızın həyatında, məişət və mentalitetində dərin iz buraxdığından söz açıldı, qeyd olundu ki, Ulu Öndər ölkəmizdə rəhbərliyə gəldiyi ilk vaxtlarda sovet hakimiyyətinin qadağa və təziqlərinə baxmayaraq, xalqımızın milli ruhunun oyanışına təkan verən amillərə xüsusi hörmətlə yanaşırdı. Novruz bayramının qədim köklərə malik olduğunu, xalqımızın qəlbində əbədi yaşayacağını daima vurğulayan Ümummilli Lider bu bayramı o vaxtkı sovet rəhbərliyinin sərt rejimi, qadağaları dövründə bütün ölkəmiz miqyasında yüksək səviyyədə təşkil olunmasına və böyük sevgiylə keçirilməsinə nail olurdu. Məhz Ulu Öndərin sayəsində Respublikamız müstəqilliyini bərpa edəndən sonra xalqımız öz adətlərin, milli dəyərlərin, insana, təbiətə sevginin nümunəsi olan Novruz bayramını daha böyük izdihamla qeyd etməyə başlamışdır. Beləliklədə Novruz bayramı bütün bu təzyiqlərdən, qadağalardan və çətinliklərdən keçərək öz haqqına qovuşmuşdur
Azərbaycan xalqının adət-ənənələrinin doğma torpaqlarımızda yenidən qeyd olunması 32 ildən sonra öz yurduna qayıdan insanları qürurlandırıb. Bu gün “Böyük Qayıdış” Proqramı çərçivəsində Qarabağ torpaqlarında bayram tonqalları qalanır.
Yasamal rayonunda İlaxır çərşənbənin möhtəşəmliyinə incəsənət xadimlərinin ifaları xüsusi rəng qataraq tədbir iştirakçılarına xoş anlar yaşatdı.


Geri dön